IOS

IOS
Loqonun şəkli
Yaradıcı Apple
İstehsalçı Apple
Yazılma dili C, C++, Objective-C, Swift, Java
ƏS ailəsi Unix, OS X
Bazası macOS
Mənbə kodu Qapalı (azad komponentlərdən)
Buraxılış tarixi 29 iyun 2007
Son versiya 13.5 — 20 May 2020
Yenilənmə tezliyi istənilən OTA üçün iTunes vasitəsilə
Yenilənmə üsulu iTunes və OTA
Paketlər menecerləri App Store
Dəstəklənən dillər 40 dildə
Dəstəklənən platformalar Apple TV, Apple Watch
Nüvə tipi (Hibrid)XNU
İnterfeys API, Coco Touch (multitaç).
Lisenziya EULA
Vəziyyəti Aktiv
Veb-saytı apples.com/en/ios
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemi.[1] 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir.

iOS istifadəçi interfeysi multitouch (multitaç) jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir.

iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir.

iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı.

Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir).

İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyarddan artıqdır.[2].

  1. iOS haqqında ətraflı məlumat[ölü keçid]  (az.)
  2. App Store-dakı proqramların statistikası Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine  (türk.)

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search